"Milan" İtaliya A Seriyasının 30-cu turunda "Parma"nı məğlub edib.
 
Matc.az xəbər verir ki, 3:1 hesabıyla bitən görüşdə qol vuran "Milan"lı Frank Kessye yeni uğura imza atıb.
 
Belə ki, Kessye 2008/09 mövsümündən sonra A Seriyasında ilk 30 oyuna 10 qol vuran ilk yarımmüdafiəçi olub. Bundan əvvəl bunu bacaran Kaka olmuşdu. Braziliyalı keçmiş yarımmüdafiəçi 2008/09 mövsümündə A Seriyasının ilk 30 matçında 10 qol vurmuşdu.
 
Kessye bu mövsüm "Milan"la ümumilikdə 42 oyunda iştirak edib və 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest