Futbol üzrə Fransa Liqa 1-də komanda sayı azaldıla bilər.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə, Fransa Peşəkar Futbol Liqasının (LFP) Liqa 1-də komanda sayını 20-dən 18-ə endirməyi düşündüyü bildirilib. Qurumun aprelin 21-də keçirilən iclasında bu məsələ müzakirə olunub. İclasda LFP-nin bəzi nümayəndələri klub sayının 16-ya endirilməsi təklifini də irəli sürüb.
 
Liqa 1-də komanda sayının azaldılması ilə bağlı qərar qəbul edilsə, bu, 2022/23 mövsümündən tətbiq ediləcək.
 
Liqa 1-də hazırda 20 komanda mübarizə aparır. "Lill" komandası 34 turdan sonra 73 xalla liderdir. PSJ və "Monako" isə hərəyə 71 xal toplayaraq, 2 və 3-cü yerləri bölüşürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest