İtaliyanın "Bolonya" klubu futbolçusu Rodriqo Palasio ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
39 yaşlı hücumçunun müddəti bitən müqaviləsi yenilənməyib.
 
Palasio bu mövsüm A Seriyasında "Bolonya" ilə 36 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu çempionat tarixində het-trik etməyi bacaran ən yaşlı futbolçudur. O, buna bu mövsüm A Seriyasının 34-cü turunun "Fiorentina" ilə matçında nail olub (3:3).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest