"Yoxlama oyunu olsa da, qələbə qazanmaq istəyirdik. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək"

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov Sloveniyanın "Domjale" komandasına qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, "Neftçi TV"yə açıqlamasında bunları deyib:
 
"Yoxlama oyunu olsa da, qələbə qazanmaq istəyirdik. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. çalışacağıq ki, yaxşı performans göstərək. Əsas olan Tiflisdəki "Dinamo" ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək".
 
"Neftçi" çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda "Dinamo" ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı iyulun 14-də, Bakıda olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest