Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldonun ən çox qol vurduğu yığmalar məlum olub. Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu ən çox Litva və İsveçə qol vurub. Ronaldo hər iki yığma ilə matçda 7 dəfə fərqlənib.
 
Siyahıda Ermənistan milli komandası da var. Ronaldo ermənilərlə oyunda 5 dəfə "çərçivə"yə düşməyi bacarıb.
 
Ronaldonun ən çox qol vurduğu millilər
 
Litva – 7 qol
İsveç – 7
Andorra – 6
Macarıstan – 6
Lüksemburq – 6
Ermənistan – 5
Latviya – 5
Estoniya – 4
Farer adaları – 4
Niderland – 4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest