İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-ın qapıçısı Etrit Berişanı heyətinə qatıb.
 
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Albaniya yığmasının da üzvü olan qolkiperlə 3 illik müqavilə imzalanıb.
 
Etrit Berişa 2019-cu ildən SPAL-ın uğurları üçün çalışırdı. 32 yaşlı qolkiper əvvəllər "Atalanta", "Latsio" və "Kalmar" klublarında da forma geyinib.
 
Təcrübəli qolkiper Albaniya yığmasında 66 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest