Futbol üzrə Gürcüstan çempionatında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Samqurali" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçu sonadək ehtiyatda qalıb.
 
"Telavi" cari mövsümdə keçirdiyi 21 oyunda 19 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Neftçi"nin UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Tiflis "Dinamo"su da hesabat turunda doğma meydanda Batumi "Dinamo"suna 1:2 hesabıyla yenilib. 21 turdan sonra Batumi "Dinamo"su 43 xalla 1-ci, Tiflis "Dinamo"su isə 41 xalla 2-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest