"Qəbələ" 2021/22 mövsümünün hazırlığını davam etdirir. Matc.az klubun saytına istinadən xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən "qırmızı-qaralar" məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
 
Elmar Baxşıyevin yetirmələri ayın 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq.
 
"Qəbələ" paytaxtda iki yoxlama görüşü keçirəcək. "Qırmızı-qaralar" ilk sınağına iyulun 16-da çıxacaq. Əaylət təmsilçisi "Zirə" ilə üz-üzə gələcək. 5 gün sonra Baxşıyevin yetirmələri "Səbail"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest