İspaniyanın "Vilyarreal" klubu hücumçusu Karlos Bakka ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
34 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər idi.
 
Bakka 2017-ci ildən "Vilyarreal"da çıxış edirdi. Kolumbiyalı futbolçu bu komandanın heyətində bütövlükdə 145 matça çıxıb, 43 qola imza atıb.
 
"Vilyarreal" yarımmüdafiəçisi Visente İborra ilə də yeni müqavilə bağladığını açıqlayıb. Tərəflər arasında yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədərdir.
 
İborra 2019-cu ildən "Vilyarreal"ın uğurları üçün çalışır. 33 yaşlı ispan futbolçu bu komandanın heyətində bütövlükdə 80 matça çıxıb, 5 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest