Bu gün futbol üzrə UEFA çempionlar Liqasında (çL) pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatmada azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandasının da bu mərhələdəki potensial rəqibi məlum olub.
 
Varşava təmsilçisi 3-cü mərhələdə Zaqreb "Dinamo"sunu (Xorvatiya) mübarizədən kənarlaşdırsa, "Srvena Zvezda" (Serbiya) – "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
 
UEFA çempionlar Liqası
Pley-off mərhələsi
 
Zalsburq (Avstriya) – Brondbü (Danimarka)

çFR (Rumıniya)/Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan)/Slaviya (çexiya)

Malmö (İsveç)/Reyncers (Şotlandiya) – Olimpiakos (Yunanıstan)/Ludoqorets (Bolqarıstan)

Srvena Zvezda (Serbiya)/Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya)/Legiya (Varşava, Polşa)

Monako (Fransa)/Sparta (çexiya) – Genk (Belçika)/ Şaxtyor (Donetsk, Ukrayna)

Spartak (Moskva, Rusiya)/Benfika (Portuqaliya) – PSV (Niderland)/Midtyulland (Danimarka)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest