Komandalar arasında Xorvatiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda minimal hesabla uduzan Polşa çempionu mübarizəni dayandırıb. Matça start heyətdə başlayan Mahir isə 56-cı dəqiqədə əvəzlənib.
Bu gün futbol üzrə UEFA çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Komandalar arasında Xorvatiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda minimal hesabla uduzan Polşa çempionu mübarizəni dayandırıb. Matça start heyətdə başlayan Mahir isə 56-cı dəqiqədə əvəzlənib.
"Liverpul"un sabiq futbolçusu Stiven Cerrardın baş məşqçilik etdiyi "Reyncers" (Şotlandiya) İsveç "Malmö"sü ilə qarşılaşıb. Komandalar arasındakı ilk matçda İsveç təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Bu dəfə oxşar hesabla üstün olan sözügedən komanda növbəti mərhələyə yüksəlib.
Fransanın "Monako" komandası "Sparta" (çexiya) ilə üz-üzə gəlib və sevinən tərəf olub. Portuqaliyanın "Benfika" komandası isə Moskva "Spartak"ını yenə inamlı hesabla üstələyib.
UEFA çempionlar Liqası
III təsnifat mərhələsinin cavab oyunları
10 avqust
Slaviya (Praqa, çexiya) – Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun – 0:2
Şerif (Moldova) – Srvena Zvezda (Serbiya) 1:0
İlk oyun – 1:1
Şaxtyor (Donekts, Ukrayna) – Genk (Belçika) 2:1
İlk oyun – 2:1
Monako (Fransa) – Sparta (çexiya) 3:1
İlk oyun – 2:0
Midtyulland (Danimarka) – PSV (Niderland) 0:1
İlk oyun – 0:3
Ludoqorets (Bolqarıstan) – Olimpiakos (Yunanıstan) 2:2 (penaltilər 4:1)
İlk oyun – 1:1
Yanq Boyz (İsveçrə) – çFR Kluj (Rumıniya) 3:1
İlk oyun – 1:1
Benfika (Portuqaliya) – Spartak (Moskva, Rusiya) 2:0
İlk oyun – 2:0
Reyncers (Şotlandiya) – Malmö (İsveç) 1:2
İlk oyun – 1:2
Legiya (Polşa) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun – 1:1.