Futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri məlum olub. Matc.az xəbər verir ki, Fransa təmsilçisi "Monako" Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşacaq.
 
üçüncü mərhələdə azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nı (Polşa) mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"sunun pley-offdakı rəqibi Moldova "Şerif"i olacaq.
 
Pley-off mərhələsinin ilk oyunları avqustun 17-18-də, cavab görüşləri isə bu ayın 24-25-də keçiriləcək.
 
UEFA çempionlar Liqası
Pley-off
 
Zalsburq (Avstriya) – Brondbü (Danimarka)
Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan)
Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan)
Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya)
Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna)
Benfika (Portuqaliya) – PSV (Niderland)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest