UEFA çempionlar Liqasında mövqelər üzrə ötən mövsümün ən yaxşısı adına namizədlərin yeni siyahısı açıqlanıb.
 
Matc.az qurumun saytına istinadən xəbər verir ki, "Barselona"dan ayrılaraq PSJ-yə keçən Lionel Messi ilə "Yuventus"un hücumçusu Kristiano Ronaldo namizədlər arasında yer almayıb.
 
çempionlar Liqasının qalibi "çelsi"dən 5 futbolçu ən yaxşı adına namizədlər arasındadır.
 
Qapıçılar: Tibo Kurtua ("Real", İspaniya), Ederson ("Mançester Siti", İngiltərə), Eduar Mendi ("çelsi", İngiltərə);
 
Müdafiəçilər: Sesar Aspilikueta, Antonio Rüdiger (hər ikisi "çelsi", İngiltərə), Ruben Dias ("Mançester Siti", İngiltərə);
 
Yarımmüdafiəçilər: Kevin de Breyne ("Mançester Siti", İngiltərə), Jorjinyo, Nqolo Kante (hər ikisi "çelsi", İngiltərə);
 
Hücumçular: Erlinq Haland ("Borussiya" Dortmund, Almaniya), Robert Levandovski ("Bavariya", Almaniya), Killian Mbappe (PSJ, Fransa).
 
Ən yaxşı oyunçuların adları avqustun 26-da, qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest