İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu "Atletiko Mineyro" klubuna keçib.
 
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kosta ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Dieqo Kostanın son klubu İspaniya "Atletiko"su olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest