Bu gün futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Fransanın "Monako" komandası doğma meydanda Donetsk "Şaxtyor"unu qəbul edib və minimal hesabla uduzub.
3-cü mərhələdə Serbiyanın "Srvena Zvezda" komandasını mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan "Şerif" (Moldova) bu mərhələdə Zaqreb "Dinamo"su ilə üz-üzə gəlib. Tiraspol təmsilçisi bu oyunda da darmadağına imza atmaqla diqqət mərkəzinə düşüb.
Avstriyanın "Zalsburq" komandasının rəqibi isə Danimarka "Brondbü"sü olub. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Pley-off mərhələsinin digər oyunları sabah keçiriləcək.
UEFA çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust
Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1
Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0
Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1
18 avqust
23:00. Benfika (Portuqaliya) – PSV (Niderland)
23:00. Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan)
23:00. Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan)