Bu gün futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

"Benfika" Portuqaliyada PSV ilə münasibətlərinə aydınlıq gətirib. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. İsveç "Malmö"sü Bolqarıstan çempionu "Ludoqorets" üzərində inamlı qələbəyə sevinib. İsveçrənin "Yanq Boyz" komandası isə Macarıstanın ən güclüsü "Ferentsvaroş"u qəbul edib. Beş qolun vurulduğu bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

UEFA çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1

Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0

Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1

18 avqust

Benfika (Portuqaliya) – PSV (Niderland) 2:1

Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan) 2:0

Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan) 3:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest