Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak Türkiyədə klubunu dəyişib. Matc.az xəbər verir ki, ötən ay "Bursaspor"la müqavilə imzalayan 31 yaşlı müdafiəçi "Ərzurumspor"a keçib.

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak Türkiyədə klubunu dəyişib. Matc.az xəbər verir ki, ötən ay "Bursaspor"la müqavilə imzalayan 31 yaşlı müdafiəçi "Ərzurumspor"a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Budakın "Ərzurumspor"la imzaladığı müqavilənin detalları açıqlanmayıb.
 
Ufuk Budak ötən ayın 13-də "Bursaspor"la bir illik müqavilə imzalamışdı. O, Bursa təmsilçisində sadəcə bir oyuna çıxıb.
 
"Bursaspor" bu yay "Neftçi"dən Namik Ələskərovu da heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest