"Qəbələ"nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Matc.az "qırmızı-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, çempionlar Yolunda mübarizə aparacaq U-19 komandası Niderlandın AZ klubu ilə ilk görüşünü sentyabrın 29-də Qəbələ şəhər stadionunda keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
 
Cavab matçı oktyabrın 19-da "AZ Təlim-Məşq Mərkəzi"ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda "Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest