"Sumqayıt"ın "Səbail"lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçusu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla hücumçu Əli Qurbani və Murad Xaçayev izləyir.

"Sumqayıt" Premyer Liqanın 3-cü turunda "Səbail"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, bu komandalar indiyə qədər ümumilikdə 14 dəfə üz-üzə gəlib.
 
İlk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən "Sumqayıt" bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub. 14 görüşdə qeydə alınan ümumi top fərqi 15:12 "Sumqayıt"ın xeyrinədir.
 
"Sumqayıt"ın "Səbail"lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçusu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla hücumçu Əli Qurbani və Murad Xaçayev izləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest