"Qalatasaray" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Barış Alper Yılmaz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Türkiyənin U-21 yığmasının düşərgəsində əlindən zədə alan Barışın əməliyyat olunacağı bildirilib. 21 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Türk futbolçu bu yay "Ankara Keçiörəngücü"dən "Qalatasaray"a keçib. O, İstanbul təmsilçisi ilə 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest