Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı futbolçu çidozi Avazimi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriya millisinin də üzvü olan müdafiəçi, Portuqaliyanın "Boavişta" klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
 
"Portu"nun yetirməsi olan çidozi Avazim bu klubda olarkən "Nant", "Rizəspor", "Leqanes" və "Boavişta"da icarədə oynayıb. "Portu" 24 yaşlı müdafiəçini bu il "Boavişta"ya birdəfəlik satmışdı. Nigeriya millisində 20 oyun keçirmiş Avazim, 1 qol da vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest