Türkiyənin "Girəsunspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın "Krasnodar" klubundan Məhəmməd-Şapi Süleymanovu transfer edib.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Süleymanov "Krasnodar"ın öz yetirməsidir. Rusiyanın U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi, 2017-ci ildən Premyer Liqa təmsilçisinin əsas komandasında forma geyinir.
 
"Girəsunspor" polşalı yarımmüdafiəçisi Mixal Nalepa ilə də yollarını ayırdığını açıqlayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Polşalı 26 yaşlı yarımmüdafiəçi ötən mövsümün əvvəlindən sözügedən komandada çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest