Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın "Amyen" klubundan Natan Monzanqonu transfer edib.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi 1 illik icarəyə götürülüb.
 
Monzanqo "Amyen"in öz yetirməsidir. Konqo Demokratik Respublikasından olan futbolçu, 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest