Türkiyənin "Fənərbaxça" klubundan ayrılan "Zanka" ləqəbli Matias Yorgensenin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 31 yaşlı danimarkalı müdafiəçi İngiltərənin "Brentford" klubuna transfer olunub.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mərkəz müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
 
Yorgensen 2019-cu ildən "Fənərbaxça"da çıxış edirdi. Lakin o, İstanbul təmsilçisində əsas heyət üzvünə çevrilə bilmədiyi üçün "Fortuna" (Düsseldorf) və "Kopenhagen" klublarına icarəyə verilmişdi. Danimarka yığmasında da oynamış futbolçu, Türkiyə təmsilçisində cəmi 18 oyuna çıxıb, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest