Bu gün Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 10-cu turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, lider Braziliya yığması Peru ilə qarşılaşıb. Görüş "sambaçılar"ın 2:0 hesablı qələbəsiylə başa çatıb.
 
Argentina millisi Boliviyanı, Uruqvay isə Ekvadoru məğlub edib.
 
Dç-2022-nin seçmə mərhələsi
10-cu tur
10 sentyabr
 
Braziliya – Peru 2:0
Qol: Everton Ribeyro, 15. Neymar, 40.
 
Argentina – Boliviya 3:0
Qol: Lionel Messi, 14; 64; 88.
 
Kolumbiya – çili 3:1
Qol: Migel Borxa, 19; 20. Luis Dias, 74 – Jan Meneses, 56.
 
Paraqvay – Venesuela 2:1
Qol: Hektor Martines, 7. Kaku, 46 – Con Kansellar, 90.
 
Uruqvay – Ekvador 1:0
Qol: Qaston Pereyra, 90+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest