Rəsmilər uğursuzluq barədə İsmayılovun fikrini soruşub, daha sonra Qurbanov sərt şəkildə danlanıb. Ona bildirilib ki, öz işinin öhdəsindən gələ bilmir, nizam-intizam yaratmağı bacarmır, üstəlik, futbolçularla münasibətləri korlayıb.

"Keşlə" rəhbərliyi komandanın cari mövsümdəki çıxışı ilə bağlı toplantı keçirib. Matc.az xəbər verir ki,  baş məşqçi Sənan Qurbanovla köməkçisi Zaur İsmayılovun da qatıldığı  iclasda Premyer Liqanın ilk 3 turunda qeydə alınan məğlubiyyətlər müzakirə olunub.

Rəsmilər uğursuzluq barədə İsmayılovun fikrini soruşub, daha sonra Qurbanov sərt şəkildə danlanıb.

Ona bildirilib ki, öz işinin öhdəsindən gələ bilmir, nizam-intizam yaratmağı bacarmır, üstəlik, futbolçularla münasibətləri korlayıb.

Komanda bu gün istirahət edəcək, sabah isə məşqlər bərpa olunub. Qurbanovun nəzərinə çatdırılıb ki, onun taleyinə qısa müddətdə aydınlıq gətiriləcək. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest