Saat 19:30-da isə “Bazel”in baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı başlayacaq. Bundan yarım saat sonra da qonaq komandanın oyun öncəsi son məşqinə start veriləcək.

Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” – “Bazel” oyunundan öncə keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib. `Matc.az xəbər verir ki, hər iki tədbir sentyabrın 15-də baş tutacaq.
 
Həmin gün saat 17:00-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. 17:30-da isə komandanın Bakı Olimpiya Stadionunda oyundan öncəki son məşqinə start veriləcək.
 
Saat 19:30-da isə “Bazel”in baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı başlayacaq. Bundan yarım saat sonra da qonaq komandanın oyun öncəsi son məşqinə start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest