27 Sentyabr 2021, 15:15
MPL
"Səbail" - "Zirə" 1:2. Rahid Əmirquliyev Premyer Liqada 422-ci oyununu keçirməklə Mahmud Qurbanovu qabaqlayaraq, oyun sayına görə ölkə rekordu müəyyən edib. Turan Manafov isə 50-ci oyununu keçirib.
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu daha bir neçə rekord və yubileylə yaddaqalan olub. Matc.az sizi həmin diqqətçəkən məqamlarla tanış edir:
Azərbaycan Premyer Liqası
V tur
"Sumqayıt" – "Qəbələ" 0:0.
"Sabah" – "Neftçi" 1:2
"Keşlə" – "Qarabağ" 1:1. İlkin Qırtımov 100-cü dəfə "Keşlə"nin formasında meydana çıxıb.
"Səbail" – "Zirə" 1:2. Rahid Əmirquliyev Premyer Liqada 422-ci oyununu keçirməklə Mahmud Qurbanovu qabaqlayaraq, oyun sayına görə ölkə rekordu müəyyən edib. Turan Manafov isə 50-ci oyununu keçirib.
V turda meydana daha 4 yeni futbolçu çıxıb. Bununla da XXX Premyer Liqada təmsil olunan futbolçu sayı 155-ə yüksəlib.
V turda oyunu daha 1 yeni hakim idarə edib. Fərid Hacıyev ilk dəfə meydana çıxıb. Beləliklə, hakim sayı 9-a yüksəlib.
Hazırladı: Rasim Əliyev