Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. İlkin ehtimallara görə, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, MRT müayinəsi nəticəsində 26 müdafiəçisinin diz bağlarında qopma müəyyənləşib.
 
Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. İlkin ehtimallara görə, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
 
Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda sıradan çıxıb. (Report)
 
Daha əvvəl "Sumqayıt"ın hücumçusu Əli Qurbani də zədələnib. Azərbaycan millisinin futbolçusu bir həftədən sonra məşqlərə başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest