PSJ-nin hücumçusu Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Matc.az xəbər verir ki, o, UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən "Mançester Siti" ilə matçda fərqlənib.
 
74-cü dəqiqədə fərqlənən Messi komandasının 2-ci qolunu vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib. 34 yaşlı hücumçu bu yay transfer olunduğu PSJ-də əvvəlki oyunları qolsuz başa vurmuşdu.
 
Qeyd edək ki, Messi avqustda PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest