PSJ-nin hücumçusu Lionel Messi UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu buna Parisdə "Mançester Siti"yə 2:0 hesabı qalib gəldikləri oyunda nail olub.
 
Komandasının ikinci qoluna imza atan argentinalı forvard turnirdə ardıcıl 17 mövsümdə fərqlənib.
 
Bununla da o, "Real"da çıxış edən Kərim Benzemanın uğurunu təkrarlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest