"Barselona"nın baş məşqçisi Ronald Kuman çempionlar Liqasının qrup mərhələsinin II turunda Lissabonda "Benfika"dan aldıqları 0:3 hesablı yenilgini şərh edib. Matc.az xəbər verir ki, hollandiyalı çalışdırıcı nəticəni qəbul etməyin çətin olduğunu bildirib: "Bu nəticə meydandakı oyunu əks etdirmir. Erkən qol buraxsaq da, qapımızda ikinci topu görənədək yaxşı oynadıq. Yaxşı imkanlarımız oldu. "Benfika" çox güclü komandadır... Təbii, uduzmuşuqsa, baş məşqçi günahkardır. Amma biz onlardan heç nədə geri qalmadıq. Sadəcə, imkanlarımızı dəyərləndirə bilmədik".

Qeyd edək ki, E qrupunda mübarizə aparan "Barselona" ilk iki oyunda xal qazana bilməyib və sonuncu pillədə mövqe tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest