30 Sentyabr 2021, 12:25
ÇEMPİONLAR LİQASI
Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski UEFA çempionlar Liqasında tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Ukraynanın "Dinamo" (Kiyev) komandasına 5:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
Bu oyunda dubla imza atan polşalı forvard çL-də meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk oyunçu olub.
Qeyd edək ki, "Bayern" hazırda 6 xalla E qrupunun lideridir. Komanda 3-cü turda Portuqaliyada "Benfika"nın qonağı olacaq.