Fransa çempionu "Lill" çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Zalsburq"a (Avstriya) məğlub olub – 1:2. Matc.az xəbər verir ki, sözügedən oyunda Fransa təmsilçisinin yeganə qolunu vuran Burak Yılmaz rekorda imza atıb.
 
62-ci dəqiqədə fərqlənən 36 yaşlı hücumçu, çempionlar Liqasında qol vurmağı bacaran ən yaşlı türk futbolçu olub. Bundan başqa, Burak çL-də 7 ildən sonra qol sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest