30 Sentyabr 2021, 21:24
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb. Matc.az xəbər verir ki, Moldovanın "Şerif" komandasının qapıçısı Yorqos Atanasiadis qrup mərhələsinin ikinci həftəsinin ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. "Şerif" qrup mərhələsinin 2-ci turunda İspaniyada "Real"a 2:1 hesabı ilə qalib gəlib. Atanasiadis də bu oyunda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.
çempionlar Liqasında 2-ci turun ən yaxşı oyunçusu adına Darvin Nunyes ("Benfika", Portuqaliya), Leroy Sane ("Bavariya", Almaniya) və Milan Şkrinyar ("İnter", İtaliya) da namizəd idi.