"Zirə" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Felipe Paxtman sıradan çıxıb.
 
Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqa matçından (1:0) sonrakı mətbuat konfransında deyib.
 
O, Paxtmanın dizindən zədə aldığını və 6-7 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest