Futbol üzrə UEFA çempionlar Liqasının (çL) qrup mərhələsinin 3-cü turunda Almaniya "Leyptsiq"i ilə oyun PSJ-nin (Fransa) hücumçusu Lionel Messi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, argentinalı futbolçu 3:2 hesabıyla qələbə qazandıqları matçda dubla imza atıb və daha bir rekordda Kristiano Ronaldoya çatıb.
 
Belə ki, Bundesliqa təmsilçisi Messinin çL-də qol vurduğu 37-ci komanda olub. O, artıq Ronaldo ilə rekordu bölüşür. 
 
Ən nüfuzlu klub turnirində ikinci dəfə Panenka tipli penaltidən fərqlənən Messi peşəkar karyerasında vurduğu ümumi qolların sayını isə 755-ə çatdırıb. Əfsanəvi braziliyalı Romarionu (753) geridə qoyan 34 yaşlı oyunçu bütün dövrlərin ən məhsuldar 3-cü oyunçusu ünvanını ələ keçirib. O, daha 10 qol vuracağı təqdirdə digər braziliyalı Peleyə (765) çatacaq.
 
Bu baxımdan rekord isə yenə Kristiano Ronaldoya məxsusdur – 794 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest