21 Oktyabr 2021, 19:17
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş "Yanq Boyz"la oyun "Vilyarreal"ın futbolçusu Yeremi Pino üçün əlamətdar olub. Matc.az xəbər verir ki, oyun günü (20 oktyabr) 19 yaşı tamam olan ispaniyalı futbolçu çempionlar Liqası tarixində ad günündə qol vuran ən gənc oyunçuya çevrilib.
Bununla da o, Dimitri Oberlin və Kristian Pulişiçə məxsus rekordu yeniləyib. Onların hər ikisi 20 yaşlarında çL-də qol vurmağa nail olmuşdular.
"Vilyarreal" "Yanq Boyz"la oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Pino bu görüşün 6-cı dəqiqəsində fərqlənməklə oyunda hesabı açıb.