UEFA çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətə "Atletiko"nu 2:0 hesabıyla məğlub edən "Liverpul"dan bir futbolçu düşüb:
 
Qapıçı: Odisseas Vlahodimos ("Benfika", Portuqaliya);
 
Müdafiəçilər: Joao Kanselo ("Mançester Siti", İngiltərə), Bote Baku ("Volfsburq", Almaniya), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə);
 
Yarımmüdafiəçilər: Pedro Qonçalveş ("Sportinq", Portuqaliya), Etyen Kapu ("Vilyarreal", İspaniya), Corcinyo Veynaldum (PSJ, Fransa), Kristofer Nkunku ("Leyptsiq", Almaniya);
 
Hücumçular: Paulo Dibala ("Yuventus", İtaliya), Robert Levandovski ("Bayern", Almaniya), Kriştiano Ronaldo ("Mançester Yunayted", İngiltərə).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest