Futbol üzrə UEFA çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski layiq görülüb.
 
Qrup mərhələsinin 4-cü turunda Münhen təmsilçisinin "Benfika"nı (Portuqaliya) 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.
 
Polşalı futbolçudan başqa həftənin ən yaxşı oyunçusu adına Pedro Qonçalves ("Sportinq"), Kristiano Ronaldo ("Mançester Yunayted") və Paulo Dibala ("Yuventus") da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest