Futbol üzrə Portuqaliya milli komandası Dç-2022-nin final mərhələsinə vəsiqə qazana bilməzsə, baş məşqçi Fernando Santos vəzifəsindən ayrılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis, "Record" nəşrinə açıqlamasında deyib:
 
"Milli komanda Dç-2022-nin final mərhələsinə vəsiqə qazana bilməsə, vəzifəmdən ayrılacam".
 
Santos 2014-cü ildən Portuqaliya millisini çalışdırır. Yığma komanda 67 yaşlı məşqçinin rəhbərliyi altında Aç-2016-nın və 2019-cu ildə keçirilən UEFA Millətlər Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest