İngiltərəli futbol şərhçisi Cimi Karrager Fransanın PSJ komandası haqda danışıb. Matc.az xəbər verir ki, sabiq müdafiəçi, Paris təmsilçisinin Lionel Messi, Neymar və Kilian Mbappe ilə çempionlar Liqasını qazana bilməyəcəyini deyib:
 
"çempionlar Liqasında dörd favoritim var: "Mançester Siti", "Liverpul", "çelsi" və "Bayern". Bu komandalara baxanda meydanda gəzən birini görməyəcəksiz. PSJ-də isə meydanda gəzən üç futbolçu var – Messi, Neymar və Mbappe. PSJ bu oyunçularla çempionlar Liqasını qazana bilməz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest