Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün İtaliyada keçirilməli olan "Atalanta" - "Vilyarreal" matçı təxirə salınıb.

Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün İtaliyada keçirilməli olan "Atalanta" – "Vilyarreal" matçı təxirə salınıb. Matc.az xəbər verir ki, buna Berqamoya güclü qar yağması səbəb olub.
 
Daha öncə qarşılaşmanın bir qədər gecikmə ilə də olsa, bu gün baş tutacağı açıqlanmışdı. Lakin UEFA matçın təxirə salınmasına qərar verib. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, bu görüşün nə vaxt keçiriləcəyinə ən qısa zamanda aydınlıq gətiriləcək.
 
"Atalanta" – "Vilyarreal" matçına Bakı vaxtı ilə saat 00:00-da start verilməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest