İspaniyanın "Barselona" klubu 20 ildə ilk dəfə UEFA çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi qrup mərhələsinin VI turunda Almaniyada "Bavariya"ya 0:3 hesabı ilə uduzub.
 
Komanda son olaraq 2000/2001 mövsümündə eyni uğursuzluqla üzləşib. "Barselona" həmin vaxt İtaliyanın "Milan", İngiltərənin "Lids" və Türkiyənin "Beşiktaş" klubunun yer aldığı qrupda üçüncü yeri tutub və UEFA Kubokunda (hazırkı Avropa Liqası) iştirak etməli olub.
 
Qeyd edək ki, E qrupunda 7 xalla üçüncü olan "Barselona" UEFA Avropa Liqasında mübarizəni davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest