Xatırladaq ki, Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real" və "Atletiko" (Madrid), Almaniyanın "Bayern", Avstriyanın "Zalsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqəni daha öncə təmin etmişdi.
Bu gün futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 6-cı turun təxirə salınmış bir oyunu keçirilib.
F qrupunda "Atalanta" doğma meydanda "Vilyarreal"la qarşılaşıb. ötən gecə güclü qar səbəbindən baş tutmayan qarşılaşmaya bu gün Bakı vaxtı ilə saat 22:00-da start verilib. Beş qolun qeydə alındığı matç İspaniya təmsilçisinin inamlı səfər qələbəsiylə yekunlaşıb. Beləcə, "Vilyarreal" 1/8 finala sonuncu vəsiqənin sahibinə çevrilib.
Xatırladaq ki, Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real" və "Atletiko" (Madrid), Almaniyanın "Bayern", Avstriyanın "Zalsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqəni daha öncə təmin etmişdi.
UEFA çempionlar Liqası
F qrupu
9 dekabr
Atalanta (İtaliya) – Vilyarreal (İspaniya) 2:3
Qol: Malinovski, 71. Sapata, 80 – Danjuma, 3; 51. Kapue, 42.
Xal durumu: Mançester Yunayted – 11, Vilyarreal – 10, Atalanta – 6, Yanq Boyz – 5.