Almaniyanın "Bayern" komandası çempionlar Liqasının qrup mərhələsində "Barselona"nı məğlub edib – 3:0. Matc.az xəbər verir ki, sözügedən oyunda qol vuran "Bayern"in hücumçusu Tomas Müller turnirin tarixinə düşüb.
 
"Barselona" ilə matçda fərqlənən Müller çempionlar Liqasında 50-ci qolunu vurub. O, turnir tarixində bu qədər qol vurmağı bacaran ilk alman futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest