10 Dekabr 2021, 10:47
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Matc.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına "Atletiko"dan (İspaniya) Antuan Qrizmann, PSJ-dən (Fransa) Kilian Mbappe, "Vilyarreal"dan (İspaniya) Arnot Danjuma və "Lill"dən (Fransa) Conatan İkon namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.