Argentina millisinin futbolçusu Lionel Messi Dç-2022-nin seçmə mərhələsinin qarşıdakı iki oyununu buraxa bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni koronavirusdan yeni sağalan futbolçuya Dç-2022-nin matçlarında meydana çıxmamağı məsləhət görüb. Messi Skaloninin bu tövsiyəsinə hələ cavab verməyib.
 
Argentina yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində yanvarın 28-də çilinin qonağı olacaq, fevralın 2-də isə Kolumbiya ilə üz-üzə gələcək.
 
Argentina millisi Qətərdə keçiriləcək mundiala vəsiqəni təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest