"Qarabağ" Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edə bilər. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
 
Məsələ burasındadır ki, 23 yaşlı qolkiper Polşanın "Yagelloniya" komandasında çıxış edir. Hazırda tərəflər arasında danışıqlar davam edir. Ağdam klubunun bu keçid üçün qarşı tərəfə 300 min avro təklif etdiyi bildirilir.
 
Son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə üzrə "Yagelloniya"ya məxsusdur. Amma qolkiper bu komandanın heyətində heç bir oyuna çıxmayıb. ölkəsində Tiflis "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest