Türkiyənin "Beşiktaş" klubunda koronavirusa yoluxanların sayı artıb. Matc.az xəbər verir ki, bu barədə İstabul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Bu gün götürülmüş son testlərdən sonra daha 2 futbolçuda koronavirus aşkarlanıb. İnfeksiya aşkaralanan oyunçuların adları açıqlanmayıb. Hər iki futbolçu karantinə alınıb.
 
Xatırladaq ki, ötən gün "Beşiktaş"ın baş məşqçisi önder Karaveli və 3 futboçunun koronavirusa yoluxduğu açıqlanmışdı. Bütövlükdə isə komandada koronavirusa yoluxan futbolçuların sayı 6-ya çatıb. Türkiyə mətbuatının yazdığına görə, komanda üzvlərindən Raşid Gezzal, Miralem Piyaniç, Aleks Teyşeyra, Atiba Hatçinson, Kayl Larin və Kənan Karaman koronavirusa görə karantindədir. Onların Super Liqanın 20-ci turu çərçivəsində baş tutacaq "Rizəspor"la səfər oyununda iştirak etməyəcəyi bildirilir. Bu görüş yanvarın 9-da keçiriləcək. Necip Uysal, Güven Yalçın, Salih Uçan, Mehmet Topal, Can Bozdoğan və Serdar Saatçının durumu isə sabah götürüləcək testlərdən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest